Prezident nümayişçilərdən üzr istədi

prezident-numayiscilerden-uzr-istedi
Oxunma sayı: 639

“Qafqazinfo”un CNN-ə istinadən əldə etdiyi məlumata görə, Morales hökumət üzvlərindən heç kimin bu şəkildə qəddarlıq olacağını təsəvvür edə bilmədiklərini deyib.
Mitinqlərin dağıdılması Boliviya hökumətini istefa verməyə çağırışlara və ölkənin bir çox şəhərlərində kütləvi etirazlara gətirib çıxarmışdı. Nümayişlərdə minlərlə insan iştirak etdiyi bildirilir. Nümayişçilərdən biri deyib ki, mitinq etmiş hinduların dağıdılması göstərdi ki, Morales öz xalqını satıb.
Evo Morales avtomagistralın tikintisinin dayandırılacağını deyib. Prezident bildirib ki, avtomagistralın taleyini Beninin və Koçabambanın departament sakinləri referendumda həll edəcəklər.