Prezident Olimpiya çempionlarını təbrik edib

prezident-olimpiya-cempionlarini-tebrik-edib
Oxunma sayı: 642

Azərbaycan Prezidenti İlham Əliyev dünən XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibəti ilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik edib.

“Qafqazinfo”nun prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirmiş, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulayıb.