Prezident qərar verdi

prezident-qerar-verdi-
Oxunma sayı: 660

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. “Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, sənəddə prezident Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıb: ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706; 2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007, №2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264; Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 206-IVQD nömrəli və 15 noyabr tarixli 245-IVQD nömrəli Qanunları) aşağıdakı məzmunda 20-1.3-cü maddə əlavə edilsin: “20-1.3. “Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır”.

Prezident imzaladığı digər qərarda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıb:

“1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.