Prezident Ramiz Mehdiyevin oğluna rütbə verdi

prezident-ramiz-mehdiyevin-ogluna-rutbe-verdi
Oxunma sayı: 703

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Ramiz oğlu Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur. T.Mehdiyev bu il martın 16-da Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. T.Mehdiyev ondan öncə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.