Prezident seçkilərinin vaxtı açıqlandı

prezident-seckilerinin-vaxti-aciqlandi
Oxunma sayı: 670




Yəməndə prezident seçkiləri gələn il fevralın 21-də keçiriləcək. “Reuters” agentliyinin məlumatına görə, ölkənin vitse-prezidenti bu barədə fərman imzalayıb.

Xatırladaq ki, noyabrın 23-də 30 ildən çoxdur ölkəyə rəhbərlik edən Yəmən prezidenti Əli Abdullah Saleh Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda müxalifət nümayəndələri ilə hakimiyyətin ötürülməsi barədə saziş imzalayıb. Hakimiyyətin dinc yolla ötürülməsi barədə razılaşma Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasının təşəbbüsü ilə hazırlanıb. Sənəddə hakimiyyətin vitse-prezidentə ötürülməsi müqabilində Əli Abdüullah Salehə və ailə üzvlərinə cinayət təqibi immunitetinin verilməsi nəzərdə tutulur.