Prezident siyasi məhbusları azad etməyə söz verdi

prezident-siyasi-mehbuslari-azad-etmeye-soz-verdi
Oxunma sayı: 686

“Media forum” saytının məlumatına görə, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Hamad bin Cəsim bin Cəbir Əl-Sani belə rəsmi bəyanat verib: “Biz çox şadıq ki, razılaşmaya nail olduq. Ancaq bu razılaşmanın həyata keçməsinə daha çox sevinəcəyik. Ərəb Dövlətləri Liqası Suriya hakimiyyəti və müxalifəti ilə danışıqları davam etdirəcək. İki həftə ərzində milli dialoqa hazırlıq aparmağı nəzərdə tuturuq”.

Sülh planı ilə prezident Bəşər Əsəd qoşunları bütün yaşayış məntəqələrindən çıxarmağa, siyasi məhbusları azadlığa buraxmağa, zorakılığa son qoymağa boyun olub.

Razılaşmanı alqışlayan Ağ evin rəsmi təmsilçisi Cey Karni ABŞ-ın Suriya prezidenti Bəşər Əsədə münasibətinin dəyişmədiyini əlavə edib: “Bəşər Əsəd legitimliyini itirib və postundan getməlidir”.

Suriyada mart ayından Bəşər Əsədin istefası tələbi ilə gedən xalq hərəkatında 3 minə yaxın adamın öldüyü bildirilir. Bəşər Əsəd 1971-2000-ci illərdə hakimiyyətdə olmuş atası Hafiz Əsəd öldükdən sonra prezidentdir.