Prezident və arvadı 35 il həbs olundu

prezident-ve-arvadi-35-il-hebs-olundu
Oxunma sayı: 754

Tunisin devrilmiş diktatoru Zeynal Abidin bin Əlinin Tunis paytaxtında məhkəməsi olub. “Qafqazinfo”nun məlumatına görə, prosesdə Bin Əli ilə onun həyat yoldaşı Leyla Trabelsi də mühakimə olunub. Məhkəmədə büdcə vəsaitlərinin mənimsənilməsi, silah və narkotik maddələr ticarəti, silah alveri ilə bağlı epizodlar araşdırılıb.

İstintaq devrilmiş diktatorun bir neçə sarayından ümumilikdə 27 milyon dollar dəyərində zinət əşyaları və valyuta götürüldüyünü deyib. Məhkəmə prosesində Zeynal Abidinin əleyhinə ittihamların yalnız kiçik bir hissəsi olub. Ümumilikdə onun barəsində 300-ə yaxın cinayət işi başlanıb. Bunların əksəriyyətinə hərbi tribunalda baxılır. Məhkəmə Bin Əliyə və arvadına qarşı ittihamları təsdiqlənib. O və xanımı Leyla Trabelsi ayrı-ayrılıqda 35 il həbs cəzasına məhkum olunublar.