Prezident və baş nazir vəzifələri birləşdirilsin – Təklif

prezident-ve-bas-nazir-vezifeleri-birlesdirilsin-teklif-
Oxunma sayı: 641

“Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumata görə, Züqanov keçid dövrü üçün etdiyi bu təklifi fevralın 9-da keçirdiyi mətbuat konfransında səsləndirib.

Kommunistlərin liderinin sözlərinə görə, bu addımı “ağır böhran şərtləri” vacib edir. Züqanov qeyd edib ki, dövlət başçısı böhran dövründə həm təsərrüat işləri məşğul olmalı, həm də iqtisadiyyatın inkişafına nəzarət etməlidir.

Züqanov vəzifələrin bu şəkildə birləşdirilməsinin hansı müddətə qədər davam edəcəyini söyləməyib.

Qeyd edək ki, kommunistlərin liderinin seçki proqramında baş nazir və prezident postlarının bir vəzifədə birləşdirilməsi barədə müddəa yoxdur.