Prezident və xanımı daha bir stadionun lentini kəsdi

prezident-ve-xanimi-daha-bir-stadionun-lentini-kesdi
Oxunma sayı: 634

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib.

Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verildi ki, 11 min tamaşaçı yeri olan stadion 22,5 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub.

Prezident İlham Əliyev stadionda yaradılmış şəraiti yüksək qiymətləndirib.