Prezident xalqın tələbini yerinə yetirməyə söz verdi

prezident-xalqin-telebini-yerine-yetirmeye-soz-verdi-
Oxunma sayı: 699

Dövlət başçısı hakimiyyəti təhvil verməyə hazır olduğunu deyib. Əli Abdulla Saleh vitse-prezident Abdurab Mənsur Hadiyə müxalifətlə danışıq aparmaq səlahiyyəti verdiyini xatırladaraq tezliklə ölkədə prezident, parlament və yerli seçkilərin keçiriləcəyinə inandığını vurğulayıb.

1978-ci ildən prezident kürsüsünü tutan Əli Abdulla Saleh ölkəsinə sentyabrın 23-də dönüb. O, iyun ayının 4-dən Səudiyyə Ərəbistanında müalicə olunurdu. Əli Abdulla Salehin vətənə qayıtması ölkədə ehtirasları coşdurub. Yanvar ayından Yəməndə xalq hərəkatı gedir. Əsas tələb Əli Abdulla Salehin istefasıdır. Özünün və ailəsinin toxunulmazlığı müqabilində hakimiyyətdən getməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, Əli Abdulla Saleh hər dəfə vədinə xilaf çıxıb. İlin əvvəlindən bəri ölkədəki toqquşmlarda 1500-dən çox adam həlak olub.