Prezident xərçəngdən əməliyyat olunacaq

prezident-xercengden-emeliyyat-olunacaq
Oxunma sayı: 666

“Qafqazinfo”nun məlumatına görə, xəbəri çərşənbə günü Arqentina dövlətinin başçısının mətbuat katibinə istinadən “France-Presse” agentliyi yayıb.

Prezidentin mətbuat katibi deyib ki, xəstəlik 22 dekabrda tibbi müayinə müəyyən edilib. Xərçəng xəstəliyi qalxanvari vəzinin sağ hissəsində yaranıb. Bildirilir ki, hələ metastazlar başlamayıb.

Gələn ilin yanvarın 4-də Kirşnerin əməliyyat olunması gözlənilir.

Kirşner 23 oktyabr 2011-ci il Argentina prezidentliyinə yenidən seçilib. Bu seçkilərdə o, 55 faiz səs qazanıb.

Krişner əri Nestor Kirşneri prezident postunda əvəz edərək 2007-ci ildə ilk dəfə dövlət başçısı vəzifəsini tutub. Nestor Kirşner 2010-cu ilin oktyabrında ürək tutmasından ölüb.