Prezident yadplanetlilərlə görüşüb

prezident-yadplanetlilerle-gorusub-
Oxunma sayı: 679

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon və ABŞ Konqresinin keçmiş konsultantı, hazırda isə Brtiyaniya ufoloqu və yazıçı Timoti Qud BBC2 telekanalına müsahibəsinə deyib.

Alimin sözlərinə görə, ABŞ-ın 34-cü prezidentinin yad planetlilərlə üç görüşü olub və bütün bu görüşlər 1954-cü ildə Nyu-Meksikada baş verib. Alim UNO-larla prezidentin telepatik ünsiyyət saxladığını deyib.

Təəssüf ki, bu əlaqələr barədə heç bir sübut saxlanılmayıb. Lakin Timoti Qud əmindir ki, Eyzenhauerin Federal Axtarış Bürosu vasitəsilə planetlərarası sammiti də təşkil olunmuşdu. Sammitin Holloman hərbi-hava bazasında keçirildiyini və bu əlamətdar hadisənin çoxlu sayda şahidləri olduğunu deyib.

Qud əminliklə vurğulayıb ki, yad planetlilər yerə artıq çoxdan gəlməyə başlayıblar. Bütün bu illər ərzində onlar adi insanlarla yanaşı, dövlət başçıları ilə də əlaqəyə giriblər.

Qeyd edək ki, Eyzenhauerin “gəlmə”lərlə görüşü ilə bağlı şayiələr artıq çoxdandır ki mövcuddur. Nyu Xempşir ştatından olan konqresmen Henri Makelroy 2010-cu ildə yayımladığı video müraciətində etiraf edir ki, prezident Eyzenhauerin UNO-larla görüşündən bəhs edən gizli sənədləri görüb.

Səidə