Prezident yeni baş nazirin adını açıqlayacaq

prezident-yeni-bas-nazirin-adini-aciqlayacaq
Oxunma sayı: 648

Montinin müvəqqəti İtaliya hökumətinə başçılıq edəcəyi ehtimalı birjalarda İtaliyanın da Yunanıstan tipli böhrana məruz qalacağı qorxusunu nisbətən azaldıb. İtaliyada Yunanıstandakı vəziyyətin təkrarlanması bütün Avrozonanın mövcudluğuna təhlükə yarada bilər.

Yunanıstanda iqtisadçı Lukas Papademosun baş nazir təyin edilməsi İtaliyada da belə bir fikir formalaşdırıb ki, Mario Montinin dünya maliyyəsində təcrübəsi və partizan siyasətinə girişməməsi ölkəni maliyyə burulğanından çıxara bilər.

68 yaşlı Mario Monti İtaliya prezidenti Corcio Napolitano tərəfindən "ömürlük senator" təyin edildikdən sonra ölkəni maliyyə bataqlığından çəkib çıxara biləcək ən real namizəd hesab edilir. Elə yeni baş nazirin adını da Corcio Napolitano açıqlayacaq.

ANS PRESS