Prezident yenidən oxuduğu məktəbdə

prezident-yeniden-oxudugu-mektebde-
Oxunma sayı: 678

“Qafqazinfo”nun AzərTAc-a istinadən əldə etdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı məktəbin həyətinə toplaşanların qarşısında çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırıb.
Məktəbin böyük tarixə malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu təhsil müəssisənin bir çox məzunlarının Azərbaycanın inkişafına dəyərli töhfələr verdiyini xatırladıb. Dövlətimizin başçısı yenidənqurma işlərindən sonra məktəbin ən yüksək standartlara cavab verdiyini deyib. Prezdent bildirib ki, indi bu təhsil ocağında həm müəllmlər, həm də uşaqlar üçün çox gözəl şərait yaradılıb.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndiyini deyən Prezident İlham Əliyev vurğulaıb ki, indi əsas məqsəd təhsilin keyfiyyətini yüksəltməkdir.

Dövlətimizin başçısı məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirib, onlarla söhbət edib.

Daha sonra Prezident İlham Əliyev məktəbin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lentı kəsib.

Məktəbin binası qarşısında dövlətimizn başçısı vaxtilə ona dərs deyən müəllimləri ilə görüşüb, onlarla söhbət edib. Müəllimlər xatirələrini bölüşərək, 6 nömrəli orta məktəbin məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini diqqətlə və böyük fəxr hissi ilə izlədiklərini vurğulayıblar.
Prezident İlham Əliyev yenidənqurmadan sonra məktəbdə yaradılan şəraitlə tanış olub.