Prezidentdən 3 otaqlı mənzil hədiyyə - Fotosessiya

prezidentden-3-otaqli-menzil-hediyye-fotosessiya
Oxunma sayı: 670

Bu münasibətlə və evsiz olması səbəbindən kirayədə yaşadığı nəzərə alınaraq, həmin ailəyə prezident İlham Əliyev tərəfindən Sabirabad şəhəri, Heydər Əliyev prospekti, bina 15, mənzil 6 ünvanında yerləşən, müasir tələblərə uyğun yaşayış şəraiti olan 3 otaqlı mənzil, eləcə də zəruri məişət avadanlıqları hədiyyə edilib.

Mayın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Sabirabad şəhərinə gələrək, üç əkiz uşaqlarının doğulması münasibətilə onların valideynlərinə və doğmalarına dövlət başçısının təbrikini çatdırıb və Azərbaycan prezidenti adından yeni mənzili, habelə zəruri məişət avadanlıqlarını gənc ailəyə təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir bildirib ki, bu ailə ünvanlı dövlət sosial yardımı ilə də təmin olunur. Bundan sonra da bu uşaqlar daim qayğı əhatəsində olacaq, onların sağlam və firavan böyüməsi üçün bütün lazımi işlər görüləcək.

Üçəmlərin valideynləri - Elşən və Səmayə Əliyevlər, onların doğmaları gənc Azərbaycan ailəsinə və gələcəyimiz olan uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə edərək, yeni doğulan əkiz övladlarını daim vətənə və dövlətə sadiq, cəmiyyətə layiq vətəndaşlar kimi böyüdüb tərbiyə edəcəklərini bildiriblər.

Nigar Məmmədli