Prezidentdən 4 milyon manat

prezidentden-4-milyon-manat
Oxunma sayı: 675

Sərəncamda 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,0 (dörd) milyon manatı Qusar Rayon İcra Hakimiyyətinə ayrılması qeyd olunur.

Nəzərdə tutulan maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə olunub.