Prezidentdən 5 milyon manat

prezidentden-5-milyon-manat
Oxunma sayı: 722

“Qafqazinfo” dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən qərara alınıb ki, Bakı Sağlamlıq Mərkəzinin tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.