Prezidentə “cəllad” dediyi üçün cərimələnəcək

prezidente-cellad-dediyi-ucun-cerimelenecek
Oxunma sayı: 647

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qazaxıstanın şimal-qərbindəki Janaozen şəhərində tətil edən neftçilərə kömək edən Svetlana Varobyeva adlı fəal Nursultan Nazarbayevi təhqir etdiyinə görə ona qarşı inzibati iş açılıb.

Varobyevanın piketdə əlində tutduğu palakatın üzərində Qazaxıstan prezidentinə qarşı təhqir işlədildiyi iddia edilir. Varobyeva isə bunu təkzib edir: “Bu plakatın üzərində yazılmış qeyd belə səslənir: ““Bir çox vətəndaş hesab edir ki, Nazarbayev cəlladdır”. Mənim fikrimcə, bu təhqir sayılmır”.

Hazırda Svatlana Vazorbayevlə bağlı dəllillər toplanır. Əgər aktivistin bu əməli sübut edilərsə, ona maksimum 5 min rubl cərimə kəsiləcək.

Xatırladaq ki, 2011-ci il dekabrın 16-da Qazaxıstanın müstəqilliyinin 20 illik yubileyində Janaozen şəhərində aylardır əmək haqlarının artırılması tələbi ilə dinc aksiyalar keçirən neftçilərlə təhlükəsizlik qüvvələri arasında güclü toqquşmalar olub. Hadisələrin milisin etirazçılara hücum etməsi ilə başladığı iddia edilir. Sürətlə bütün şəhəri bürüyən iğtişaşları yatırmaq üçün Qazaxıstan hakimiyyəti zirehli texnika və xüsusi təyinatlılardan istifadə edib, insanlara atəş açılıb və nəticədə onlarla adam öldürülüb. Hadisə nəticəsində yüzlərlə insan yaralanıb. Qazaxıstan hakimiyyəti 10 nəfərin öldüyünü rəsmən təsdiq edib, şahidlər isə ölənlərin sayının 70-dən çox olduğunu bildirib.

Hadisədən sonra aksiya iştirakçılarından 37 nəfər haqqında 3 ildən 7 ilə qədər həbs qərarı verilib.

Aynur