Prezidentə “ən uzun məktub” imzalandı

prezidente-en-uzun-mektub-imzalandi
Oxunma sayı: 862

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Suriya Xalq Məclsinin iqtidarda olan Bəəs partiyasının təmsilçisi İmad Galyun müxalifətə qatılıb.

Ərəb Liqasının baş katibi Nəbi əl-Ərəbi isə bu həftə keçirələcək toplantıda Qatarın Suriyaya əsgər göndərmək təklifini müzakirə edəcəklərini söyləyb. Ərəbinin bu açıqlamasından sonra Tunis prezdienti Munsif Mərzuqi Suriyaya qarşı olacaq hərbi müdaxilənin regionda partlayışa səbəb olacağı üçün etirazını bildirib.

Paytaxt Dəməşqdə isə “Ana Vətənə və liderə bağlılıq” nümayişi keçirən xalq Bəşər Əsədə dəstək verib. 10 kilometr uzunluğunda Suriya bayrağını imzalayan xalq “ən uzun məktub”la Bəşər Əsədin müdafiəsini ifadə edib.

Ölkənin şimalındakı Homs və ətraf qəsəbələrdə atışmalar davam edib. Aralarında çörək növbəsində dayanan 5 nəfərin də olduğu 10 nəfər həlak olub.