Prezidentə görə bağlı olan yolların - Siyahısı

prezidente-gore-bagli-olan-yollarin-siyahisi
Oxunma sayı: 657

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin inspektoru, polis baş leytenantı Razi Zeynalov SalamNews-a bildirib ki, Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edənlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Aeroport şosesindən şəhər istiqamətinə, Heydər Əliyev prospekti, 10-cu Zavod Dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Rəsul Rza, Niyazi, İstiqlaliyyət küçələri, Azadlıq, Neftçilər prospektləri, “Azneft meydanı” və digər bəzi küçə və yollarda avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, qeyd olunan küçə və prospektlər istiqamətində şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməklə alternativ yollarla hərəkət etsinlər.