Prezidentə qarşı tətillər böyüyür

prezidente-qarsi-tetiller-boyuyur-
Oxunma sayı: 649



Almaniya prezidenti Kristian Vulfun varlı dostları ilə olan macəraları ortaya çıxıb. “Qafqazinfo”nun məlumatına görə, prezidentin Florida, Çin və Yaponiyada zəngin dostlarının evində istirahət etdiyi, hətta yazdığı kitabın elan pulunu belə onların ödəməsi ölkəsində istefa çağırışlarına səbəb olub.
İlk olaraq zəngin iş adamından aşağı faizlə ev aldığı və tətili iş adamlarının xaricdəki lüks villalarında keçirdiyi məlum olduqdan sonra prezidentin adının hallandığı tətil qalmaqalları getdikcə böyüyür.
Der Spiegel jurnalı prezidentin 2003-2004-cü illərdə ona üç dəfə ev krediti verən iş adamı Egon Geerkensin İspaniyadakı malikanəsində tətil keçirdiyini yazıb. 2009-2010-cu illərdə isə iki dəfə onun Floridadakı evində olub. 2008—də Geerkens və həyat yoldaşı ilə Çin və Yaponiyada istirahət edib və bütün xərcləri iş adamı ödəyib. Vulf ilk evliliyində də bal ayını həmin iş adamının evində keçirib.

Vulfun digər “zəngin dostu” isə Almaniyanın öndə gedən sığorta şirkəti Talonxun idarə heyətinin üzvü Volf Dieter Baumgartidir. Vulf 2008-ci ildə həyat yoldaşı Betina ilə birgə tətillərini həmin iş adamının İtaliyadakı evində keçiribmiş. Son olaraq isə Bild qəzeti Aşağı Saksoniya əyalətində 2007-ci ildə əyalət məclisi seçimləri zamanı baş nazir namizədi olan Vulfun seçim kampaniyalarında digər bir milyoner iş adamı Maschmeyerdən yardım aldığını yazıb.

Qəzetin yazdığına görə, prezident Vulf öz namizədliyini dəstəkləmək məqsədi ilə çıxzardığı “Həqiqət daha yaxşıdır” adlı kitabının tanıtımı üçün qəzetlərə verilən elanları da məhz həmin iş adamı ödəyib.

Baş nazir Angela Merkelin koalisiya ortağı Azad Demokratlar Partiyası Vulfu istefaya çağırıb. Merkel isə Vulfun arxasında duraraq onun yaxşı işlədiyini bildirib. Lakin alman mətbuatına adını açıqlamaq istəməyən iqtidar nümayəndələrindən biri partiya tərkibində narahatlıq yaşandığını heç kimin Vulfu dəstəkləmək istəmədiyini qeyd edib.

Səidə