Prezidentin ailəsini ölkədən qaçmağa qoymadılar

prezidentin-ailesini-olkeden-qacmaga-qoymadilar
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “əl-Masri al-Youm-un” adlı Misir qəzetinə istinadən “The Jerusalem Post” yayıb. Müxalifət nümayəndələri yanvarın 29-da axşam prezidentin qohumlarının ölkədən getmək cəhdi barədə Misir qəzetinə məlumat veriblər.

Xəbər verilir ki, Suriyanın təhlükəsizlik xidməti ölkə paytaxtından Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin, uşaqlarının, anasının və digər qohumunu çıxarmaq istəyib. Müxalifət nümayəndələrinin qəzetə verdikləri məlumata görə, bir neçə avtomobil karvanı hava limanına tərəf gedərkən hücuma məruz qalıb. Atəş açıldığı üçün avtomobillər prezident iqamətgahına geri dönməyə məcbur olub.

Paytaxt Dəməşqə yaxın yaşayış məntəqələrində müxalifət və hökumət qüvvələr arasında silahlı qarşıdruma davam edir. “Reuters” agentliyi üsyançılara istinadən xəbər verir ki, hökumət qüvvələr paytaxtın əttrafındaı yaşayış məntəqələrində nəzarəti bərpa edib.

Suriyada 2011-ci ilin martından başlayan hadisələrdə 5400 nəfrdən artıq insan həlak olub.