Prezidentin bir ay əvvəl açdığı yol təmirə bağlandı – Fotolar

<b>Prezidentin bir ay əvvəl açdığı yol təmirə bağlandı – <font color=red>Fotolar </b></font>
Oxunma sayı: 129

Bu sözləri “Qafqazinfo”ya göndərdiyi məktubda həmin bölgənin sakini Azər Əli yazıb. Onun fotoşəkillərlə bərabər göndərdiyi yazıda qeyd olunur ki, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun qırmızı lenti kəsilməzdən əvvəl dövlət başçısına bildirib ki, yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənib, tikinti zamanı böyük həcmdə torpaq işi görülüb, ümumilikdə, 326 min kubmetrə qədər qum-çınqıl, 31 min tona qədər asfalt-beton işləri yerinə yetirilib: “Hələ o zaman bu rəqəmlərin kifayət qədər şişirdilmiş olduğu şübhə doğurmurdu. Deyirlər yalanın və digər yaramaz əməllərin üstü 40 gün keçməmiş açılar. Qeyd edək ki, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidən qurulmasından ötrü Prezidentin 21 okrtyabr 2010-cu il tarixli, 1163 №-li sərəncamı ilə 1,5 milyon manat vəsait ayrılmışdı. Səfərdən sonra isə ölkə başçısı Saatlı rayonunda abadlıq və quruculuq işləri görülməsi üçün daha 2 milyon manat vəsait ayırdı. Yəqin ki, həmin vəsaitin bir neçə yüz min manatı sözügedən yolda təmir və bərpa işlərinə sərf olunacaq. Yol təmirdən çıxandan sonra onun yenidən açılışında ölkə başçısının iştirak edib-etməyəcəyi hələlik məlum deyil” .

Azər Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi