Prezidentin ətrafı onu tərk edir

prezidentin-etrafi-onu-terk-edir
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, xəbəri Şuranın sədri Mixail Fedotova istinadən “Kommersant” qəzeti yayıb.

Şuranı tərk edənlər arasında jurnalist Leonid Radzixovskiy, “Obşestvennıy doqovor” Milli Layihə İnstitutunun prezidenti Aleksandr Ayzan, Aşkarlığı Müdafiə Fondunun prezidenti Aleksey Simonov, Meqapolisin Humanitar İnkişafı İnstitutunun direktoru Tatyana Maleva, Etnosiyasi və Regional Araşdırmalar Mərkəzinin rəhbəri Emil Pain var.

Bundan əlavə, qəzetin təsdiq olunmayan məlumatına görə, yaxın zamanda Şuranı Demokratiya və İnsan Hüquqlarının İnkişafı Mərkəzinin rəhbəri Gerogiy Cibladze də tərk edə bilər.

Hələ 2011-ci ili dekabrında bu qurumu jurnalist Svetlana Sorokina və hüquq müdafiəçisi İrina Yasina tərk etmişdi. Hər iki şəxs Dövlət Dumasına keçirilən seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq bu qərara gəlib.