Prezidentin killerlə fotoşəkli ortaya çıxdı

prezidentin-killerle-fotosekli-ortaya-cixdi-
Oxunma sayı: 689

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mahayevin adı, Zarbek Amerov, Rüstəm Alxanov və Berkat Musayevin öldürülməsində hallanır. Rusiya xüsusi xidmət orqanlarına işlədiyi müəyyən edilən Mahayevin Ramzan Kadırovla çəkdirdiyi şəklin Çeçenistanda 2009-cu ildə lentə aldığı xəbər verilir. Mahayevin Türkiyədə yaşayan çeçenləri ən yaxşı tanıyınan şəxs olduğu bildirilir. Türkiyəyə ilk dəfə 1994-cü ildə gəldiyi bilinən Mahayev, Çeçenistanda azadlıq hərəkatı aparan qrup içərisində bir müddət qaldıqdan sonra agent olduğu iddiasıyla ordan qovulub. Türkiyədə universitetdə oxuyan Mahayevin sui-qəsddə killerliklə yanaşı, xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməsi qeyd edilir. Sonradan Kadırovla yaxınlaşdığı müəyyən edilən Mahayevin Rusiya kəşfiyyatına Türkiyədəki çeçen komandirlər ilə bağlı ən yaxşı məlumat toplayan agent olduğu bildirilir.
Ziyauddin Mahayevin çeçen cinayətindən bir gün sonra, yəni 17 sentyabrda Türkiyədən ayrıldığı ortaya çıxmışdı. İstintaq aparan hüquq-mühafizə orqanları Mahayevi hər yerdə axtarır. Ziyauddin Mahayevin digər agent Mariya ilə evli olduğuna dair mətbuatda ortaya atılan iddiaların həqiqətə uyğun olmadığı müəyyənləşib.