Prezidentin nəvələri ilə həmyaşıd kəbinsiz oğlu - Fotolar

prezidentin-neveleri-ile-hemyasid-kebinsiz-oglu-fotolar
Oxunma sayı: 639

Belarus prezidenti Aleksandr Lukaşenko kəbinsiz kiçik oğlu Nikolay Kole ilə bağlı jurnalistlərə səmimi açıqlamalar verib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bütün şəxsi həyatı hazırda kiçik oğlu ilə bağlı olan Lukaşenko ona böyük ümidlər bəslədiyini gizlətməyib: “Hesab edirəm ki, yaxşı insan kimi böyüyəcək. Sən prezidentsən və heç nəyi gizlədə bilməzsən. Gizlətsən daha da pis olacaq. Həmçinin onun üçün də. O hər zaman yanımdadır”.

Lukaşenko hazırda nəvələri ilə yaşıd olan səkkiz yaşlı oğlunu hələ də “körpə” adlandırır, baxmayaraq ki, Nikolay artıq indidən nüfuzlu siyasətçilərin dairəsinə daxil olur və böyük siyasətlə maraqlanmağa başlayır. Nikolay atasını mühüm tədbirlərdə də müşayiət edir: “Mən indi ona demədən hansısa görüşə gedə bilərəm. Lakin o televizorda görəndə ki, mən hansısa zavodda, kənd təsərrüfatı müəssisəsində olmuşam, hətta ağlaya da bilər ki mən onu niyə özümlə aparmamışam. Onu kameralar deyil, mənim iştirak etdiyim prosesin özü maraqlandırır”.

Belarus lideri kiçik oğlunun ona çox bənzədiyini də vurğulayıb və Kolinin tərbiyəsi ilə birbaşa özü məşğul olduğunu deyib. Prezident oğlunu özü məktəbə aparmağa çalışdığını deyir: “Onu başqa uşaqlardan ayıraraq təhlükəsizliyi üçün əhatəyə alanda o çox narahat olur. O, gileylənir ki, “niyə mənimlə belə rəftar edirlər? Mən ki hər kəs kimiyəm””.

Onu da qeyd edək ki, daha əvvəl Lukaşenko rəsmi bəyanatla çıxış edərək oğlunu öz postuna hazırlmaq niyyətində olmadığını desə də, bir sıra tədbirlərdə o, otuz yaşlarında Nikolayın onu bu postda əvəz edə biləcəyini qeyd etmişdi.