Prezidentin qızı atasını çətin vəziyyətə saldı

prezidentin-qizi-atasini-cetin-veziyyete-saldi
Oxunma sayı: 673

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Rosina Çavesin Amerika dolları ilə birgə çəkdirdiyi şəkil sosial şəbəkədə geniş müzakirələrə yol açıb. Belə ki, Amerika dolları Venesuelada hələ 2003-cü ildən atasının prezidentliyi dövründə qadağan edilmişdi. Rosinesin anası qızını töhmətləndirdiyini və onun özünü nəzakətsiz apardığını açıqlayıb. Çaves isə onu etibardan salacaq qızının bu hərəkətinə hələ də münasibət bildirməyib.
Qeyd edək ki, Venesuelada valyuta mübadiləsi və dolların azad dövriyyəsi üzərində nəzarət gücləndirildikdən sonra idxalın həyata keçirilməsi üçün valyuta əməliyyatları və dollarların ayrılması ölkənin Mərkəzi bankı və valyuta idarə edən komissiya tərəfindən nəzarətə götürülüb. Ölkədə qeyri-qanuni valyuta əməliyyatları ilə məşğul olan şəxsləri cinayətə qədər ciddi məsuliyyət gözləyə bilər. Sadə venesuelalı üçün dollarları qanuni almaq ölkədə olduqca çətin prosesdir.



Səidə