Prezidentin qızına evlənmək təklif edildi - Fotolar

prezidentin-qizina-evlenmek-teklif-edildi-fotolar
Oxunma sayı: 666




“Qafqazinfo”nun məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevaya bu təklif zakon.kz saytında onlayn-konfrans zamanı gəlib.

Əlli yaşlı Serik Majanovun göndərdiyi mesajı aparıcı oxuyub: “Salam, Dariqa! Mən bilirəm, siz ərinizdən boşanmısınız. Mənə ərə gələrsinizmi? Əgər cavab vermək istəməsəniz, susmağı razılıq əlaməti kimi başa düşəcəm”.

Nazarbayeva bu cür təklifə qəfildən cavab verməyə qarşı olduğunu bildirib. O, pərəstişkarına məsləhət görüb ki, heç olmazsa öz şəklini yollasın.

Nazarbayevin böyük qızı uzun müddət Rahat Əliyevlə evli olub. Əliyev bizneslə məşğul olub, həmçinin güc strkturlarında çalışıb. 2007-ci ildə adam oğurluğuna görə Rahat Əliyevə qarşı cinayət işi açıldıqdan sonra o, ölkəni tərk edib. Bu vaxta qədər Əliyev Nursultan Nazarbayevin əleyhdarı kimi tanınır. Qazaxıstanda Rahat Əliyevə qarşı qiyabi məhkəmə prosesi keçirilib və uzun müddətli həbs cəzası verilməsi barədə hökm çıxarılıb.

Bu qalmaqallar fonunda Dariqa ərindən ayrılmışdı. Onlayn-konfrans zamanı ona keçmiş əri barədə də suallar verilib. Keçmiş əri ilə görüşüb-görüşmədiyi barədə suala Dariqa mənfi cavab verib.

Dariqa Nazarbayeva Qazaxıstan prezidentinin fonduna rəhbərlik edib. Hal-hazırda hakim “Nurt Otan” (Vətən nuru” partiyasından deputatlığa namizəddır.