Prezidentin qızları ən varlılar siyahısında

prezidentin-qizlari-en-varlilar-siyahisinda
Oxunma sayı: 687

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, “Bilan” jurnalının tərtib etdiyi siyahıda Gülnarə və Lalə Kərimovanın 200 milyon dollar itirməklərinə baxmayaraq, onların ehtiyatda bir milyard dollarlarının qaldığı deyilir.

Gülnarə Kərimova Özbəkistanın İspaniyadakı səfiri və Orta Asiyanın ən böyük qeyri-hökumət təşkilatlarından biri Forum fondunun rəhbəridir. O, keçən il bu siyahıda üçüncü yerdə qərarlaşmışdı.

Siyahıda, həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dinara Kulibayevanın da adı var. Dinara keçmiş sovet ölkələrinin ən varlı qadınıdır. O, həyat yoldaşı Timur KUlibayevlə birgə Qazaxıstan Milli bankının əsas səhmdarları hesab edilir. Bu ailəyə məxsus 600 milyon dolar silinsə də onun ehtiyatda hələ 4-5 milyard dollarının olduğu qeyd edilir.

Səidə