Prezidentin “Twitter”dəki auditoriyası 19 min nəfəri ötüb

prezidentin-twitterdeki-auditoriyasi-19-min-neferi-otub
Oxunma sayı: 686

Gün.Az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəsmi akkauntunun auditoriyası təxminən 3 min nəfər təşkil edir – rəsmi @AzerbaijanPA bloqunda prezidentin işi və Administrasiya nümayəndələrinin iştirakı ilə keçən tədbirlər haqqında xəbərlər dərc olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi bloqu 2010-cu ilin iyulunda ictimaiyyətə təqdim olunub.

Azərbaycan PA-dan ən böyük sosial şəbəkələrdən birində İlham Əliyevin personal bloqunun peyda olmasını, o cümlədən də yeni kommunikasiya formalarından istifadə etməklə, ictimaiyyətlə əlaqələrə diqqətin artması ilə izah ediblər. Sosial şəbəkələr ən tələb olunan informasiya mübadiləsi vasitəsinə çevrilir.

Hazırda azərbaycanlı siyasətçilər, şou-biznes ulduzları və ictimai xadimlər də “Twitter” şəbəkəsində qeydlər aparırlar.

Bu sosial şəbəkənin milli seqmentinin auditini aparan aztwi.com saytının məlumatlarına görə, “Eurovision-2009” ulduzu Aysel Teymurzadənin artıq 6 min oxucusu var. Bundan başqa, aparıcı İlkin Həsəni (@ilKinHasani), aparıcı, “M Group Production”un prodüseri Murad Dadaşov (@mdadashow), prodüser Murad Arif (@MuradArif), ifaçı Eldar Qasımov ((@_ell_Official), Emin (@eminofficial), Miri Yusif (@miriyusif) və başqaları öz mikrobloqları ilə fəal işləyirlər.

Twitter – yazıların maksimal ölçüsünün 140 simvol təşkil etdiyi mikrobloqlar sistemidir. Şirkətin əsas ofisi San-Fransiskoda, Kaliforniya ştatında yerləşir.