Prezidentlər 3 sənəd imzaladılar

prezidentler-3-sened-imzaladilar
Oxunma sayı: 639

“Krems Tətbiqi Elmlər Universiteti və Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və Krems Tətbiqi Elmlər Universitetinin icraçı direktoru Hayns Boyer imzalayıblar.

“SOCAR və OMV şirkətləri arasında enerji layihələri üzrə Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və OMV şirkətinin qaz və enerji məsələləri üzrə idarə heyətinin direktoru Gerhard Roiss imzalayıblar.

“Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyinin baş direktoru Andreas Rayxhardt imzalayıblar.