Prezidentləri pis vəziyyətə salan - Mikrafon qəzaları

prezidentleri-pis-veziyyete-salan-mikrafon-qezalari
Oxunma sayı: 912

Barak Obama ilə Dmitri Medvedevin açıq mikrafon qəzası üzündən yayımlanan gizli danışıqlarından sonra “Foreign Policy” jurnalı siyasətçilərin düşdüyü səkkiz ən pis vəziyyəti dərc edib. “Qafqazinfo”nun məlumatına görə, reytinq sıralamasında ilk yeri keçmiş ABŞ prezidenti Ronald Reyqan durub. Sıralamanı təqdim edirik:

“Bombalama beş dəqiqədən sonra başlayacaq”

Təxminən 30 il əvvəl Reyqanın mikrafon qarşısında etdiyi zarafat az qala ABŞ ilə SSRİ arasında hərbi konfliktlə baş çatacaqdı. 1984-cü ilin avqustunda mikrafonların yoxlanması zamanı xalqa ənənəvi şənbə radio müraciətində zarafat etmək qərarına gəlib: “Mənim həmyerlilərim amerikalılar, mən sizə bunu bildirməkdə şadam ki, Rusiyanı qanundankənar elan etməklə bağlı fərman imzalamışam. Bombalanma beş dəqiqə sonra başlayacaq”. Lakin istənmədən Reyqanın bu “müraciəti” efirə gedir. Müraciətdən xəbər tutan Moskvada sovet qoşunları dərhal hərbi hazırlıq rejiminə gətirilir.
Bundan başqa, TACC agentliyində rəsmi bəyanat yayımlanır: “TACC səlahiyyət hiss edib bəyan edir ki, Sovet İttifaqında ABŞ prezidentinin görünməmiş düşmən hücumun qınayırlar. Belə davranış ən əsası nüvə silahına sahib dövlət başçılarının öz xalqı və insanlığın taleyinə görə daşıdıqları yüksək məsuliyyətlə üst-üstə düşmür”.
Yaxşı ki, Ağ ev vaxtında SSRi və ABŞ indi heç vaxt olmadığı qədər müharibəyə yaxındırlar və gecikmədən Kremli inandırmağa çalışdı ki, bu Reyqan tərəfindən edilən uğursuz zarafat idi. Moskva üzrü qəbul edir.


“Sən onların əlindən boğaza yığılmısan, bundan mənə nə”

Növbəti qalmaqal 2011-ci ilin noyabrında G20-nin sammitində baş verib. Həmin vaxt Fransa prezidenti Nikolya Sarkozi Barak Obama ilə sönülü olduqlarını güman etdikləri mikrafonun qarşısında İsrail baş naziri Binyamin Netanyahunu yalançı adlandırıb və etiraf edib ki, ona dözə bilmir: “Sən onun əlindən boğaza yığılmısan, amma mən onunla hər gün işləmək məcburiyyətindəyəm”- deyə Sarkozi Obamaya gileylənib.


“Demokratiyanı irəli sürür, lakin iri addımlar yoxdur”

2011-ci ilin aprelində Obama başqalarının eşitməsi üçün nəzərdə tutmadığı çıxışında Qətər əmirinin aktiv olaraq Yaxın Şərq üçün demokratiyanı dəstəklədiyini, lakin Qətərin özündə demokratiya yönündə iri addımların olmadığını bildirib. Təzadlı vəziyyət isə onda idi ki, Obama bu danışıqdan bir neçə saat əvvəl ictimaiyyət üçün nəzərədə tutulan görüşdə əmirlə görüşüb və Qətərin mövqeyini dəstəkləyib.


“On qadına təcavüz edib! Biz hamımız onu qısqanırıq!”

2006-cı ildə o zamanı prezident Vladimir Putinin qeyri-rəsmi söhbəti zamanı təcavüzdə ittiham olunan sabiq İsrail prezidenti Moşe Kaçavu ilə bağlı verdiyi şərh o zaman böyük rezonansa səbəb olmuşdu.
Putin və İsrail naziri Exud Olmertanın mətbuat-konfransı başa çatdıqdan sonra müxbirlərdən biri Rusiya prezidentinin Kaçavanın işi bağlı danışıqlarını eşidib: “Prezidentinizə salam deyin! Sən demə o çox güclü kişi imiş! On qadına təcavüz edib! Bunu ondan heç vaxt gözləməzdim! O, bizim hamımızı təəccübləndirdi! Biz hamımız onu qısqanırıq”.

Olmert Putinin yumoruna reaksiya verməyərək deyib ki, yaxşısı budur ki, Kaçavı qısqanmayaq. Ötən ilin noyabrında Olmertin haqlı olduğu təsdiqlənir. Belə ki, Moşa Kaçav iki təcavüz ittihamı ilə 7 il azadlıqdan məhrum edilir.
Daha sonralar Kremlim mətbuat katibi Putinin belə bir zarafat etdiyini etiraf etsə də, bunun Putinin təcavüzü dəstəklədiyi anlamına gəlmədiyini vurğulayıb.

“Bu “p....x”u dayandırmağa məcbur etməliyik”

2006-da G8 sammitində açıq mikrafon keçmiş prezident Corc Buşun britaniyalı sabiq nazir Toni Bleirlə Livandakı müharibə ilə bağlı danışılqarının üstünü açır. İroniya ondadır ki, onlar (BMT) Suriyanı məcbur etməlidirlər ki, o, “Hizbullah”ı bu “p.....x”u dayandırmağa razı salsın və bununla hrə şey başa çatacaq”.-deyə Buş bildirib.


“Britaniyalıların Avropa kənd təsərrüfatına yeganə töhfələri inək quduzluğudur”

Açıq mikrafonla yayımlanan ən qalmaqallı söhbətlərdən biri də 2005-də Fransanın eks-prezidenti Jak Şirakla Rusiya prezidenti Putin və Almaniyanın eks-kansleri Qerhard arasında olub. Şirak o zaman Britaniya mətbəxindən təhqiredici şəkildə imtina edir: “Britaniyalıların Avropa kənd təsərrüfatına yeganə töhfələri inək quduzluğudur. Bu cür faydasız aşbazlara güvənmək olmaz. Finlandiyanı istisna etsək, Britaniyada yeməklər pisdir”.

“Bütün bu cür siyasətçilər həbsxanada oturardılar”

1997-də Kanada baş naziri Jan Kreten Belçikanın və Lüksemburqun baş nazirləriylə söhbət zamanı açıq mikrafon qarşısında Amerika siyasətləri haqqında maraqlı fikirlər səsləndirib: “Bizim ölkələrdə, eləcə də öz ölkəmizdə bütün bu cür siyasətçilər türmədə oturmalıdırlar, çünki amerikalılar öz səslərini satırlar”. ABŞ-ın o zamankı prezidenti Bill Klinton KİV-də yayılan bu fikirləri sakit qarşılayaraq zarafatla Kretenlə qolf meydançasında hesablaşmağa söz verib.


“Nazirlər it uşaqlarıdırlar”

Sabiq britaniyalı baş nazir Con Meydcor 1997-də müxbirlə söhbət zamanı Britaniyanın AB-nə inteqrasiyasının əleyhinə çıxış edən 3 nazirini ad açıqlamadan “it uşaqları” adlandırıb. Bu sözlər Mühafizəkarlar partiyasında düşmənçiliyi daha da qızışdırıb.



Səidə