Problem yoxdur...

problem-yoxdur
Oxunma sayı: 642

Bu barədə şənbə günü Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bəzi Gürcüstan KİV-in David Kareci monastırı barədə verdiyi məlumatı şərh edərkən deyib.

Abdullayev deyib ki, monastırla bağlı məsələ Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın işi çərçivəsində həll olunur və tam normativ-hüquqi məsələdir.

Abdullayev qeyd edib ki, bu məsələyə Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və Qriqol Vaşadzenin Çikaqoda NATO sammiti çərçivəsində keçirdikləri görüşdə də toxunulacaq.

Onun sözlərinə görə, Çikaqo görüşündə nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələləri müzakirə edəcəklər.