“Problemin aradan qalxdığını demək olmaz”- Mövqe

problemin-aradan-qalxdigini-demek-olmaz-movqe
Oxunma sayı: 638

Yəməndə seçkilərin vaxtı müəyyən olunduqdan sonra ölkədə vəziyyət düzələcəkmi? Ölkədə keçirilən nümayişlər bitəcəkmi? “Deyerler.org”un sualını AXCP sədrinin müavini Razi Nurullayev cavablandırıb.R.Nurullayevin fikrincə, Yəməndə problemin aradan qalxdığını demək birmənalı mümkün deyil. “Yəməndə proseslər sanki məcrasına düşən kimi görsənir. Yəmənin istefaya razılaşmış prezidenti Abdullah Salehin öz kadrları tərəfindən keçiriləcək seçkidən ciddi nəticələr gözləmək o qədər də düzgün deyil. Çünki artıq o, öz səlahiyyətlərini vitse-prezidentə ötürüb və onun vitse-prezidentinin keçirəcəyi seçkilər əlbəttə ki, müəyyən mənada Salehin maraqlarına cavab verməlidir. İstənilən halda seçkilərdə müəyyən irəliləyişlər olacaq. Əlbəttə ki, müxalifət də hakimiyyətdə kifayət qədər yer ala biləcək. Belə demək olar ki, Abdulla Salehin dövranı bitəcək. Bununla yanaşı, Saleh təhlükəsizliyini qorumaq üçün özünün istədiyi şəxsin prezident seçilməsi üçün səy göstərəcək. Müxalifətin hansı addımlar atacağı hələlik bəlli deyil. Ola bilsin ki, ümumiyyətlə ixtişaşlar daha da güclənsin və seçkinin vaxtı bir qədər uzadılsın. Bu, indiki rejimə də sərf eləyən variantdır. Yəməndə problemin aradan qalxdığını demək birmənalı mümkün deyil”.