Prokurorluq İdrak Abbasovla bağlı məlumat yaydı

prokurorluq-idrak-abbasovla-bagli-melumat-yaydi-
Oxunma sayı: 659

Bu firiklər Baş Prokurorluğun yaydığı açıqlamadandır. Açıqlamada bildirilir ki, həmin informasiyalar prokurorluq tərəfindən təkzib olunur və bununla əlaqədar bildirir ki, Azad Ağayevin özünə məxsus avtomobillə Səid Abbaszadəni ehtiyatsızlıq nəticəsində vuraraq xəsarət yetirməsi faktı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılmaqla hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri tədbirlər həyata keçirilib.

“Araşdırmalarla müəyyən edilmişdir ki, A.Ağayev sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “VAZ 2107” markalı “90-NC-348” dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən tarixdə saat 17 radələrində Sulutəpə qəsəbəsində saatda 30-40 km sürətlə hərəkət edərkən qəflətən azyaşlı S.Abbaszadənin onun yoluna çıxmasını görüb hadisənin qarşısını almaq məqsədilə əyləcə basaraq avtomobilin hərəkətini dayandırmasına baxmayaraq sonuncu avtomobilin sağ qanadına dəyərək xəsarət almışdır. Dərhal avtomobili saxlayan A.Ağayev piyadanın ciddi xəsarət almadığını görərək hadisə yerindən uzaqlaşmışdır.

Məhkəmə-tibbi ekspertizası ilə S.Abbaszadənin hadisə nəticəsində aldığı alın nahiyyəsinin hematoması və qançırı, üst dodağının səthi yarası kimi xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilmişdir.

Beləliklə, aparılan araşdırma nəticəsində A.Ağayevin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmiş və toplanmış material inzibati qaydada tədbir görülməsi üçün rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir”.