Pulu eşşəklə daşıdılar - Foto

pulu-essekle-dasidilar-foto
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, son iki ayda eşşəklərin köməkliyi ilə Türkiyəyə 300 milyon dollar gətirilib. Suriyadakı vəziyyəti görən iş adamları milyonlarını etibar edəcək yer kimi Türkiyəni seçiblər. Lakin təəccüblü olan bu deyil, onların pullarını daşıma vasitəsidir.

Suriyada banklar vasitəsi ilə ölkə xaricinə pul transferinə qadağa qoyulduğu üçün onlar da sərhəddən keçmək üçün eşşəyin köməkliyindən istifadə ediblər. Beləliklə, onlar eşşəyin sayəsində pullarını türk banklarına həvalə edirlər.