Putin də hicaba qarşı çıxdı

putin-de-hicaba-qarsi-cixdi
Oxunma sayı: 634

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti məktəblərdə hicab taxılmağına qarşı çıxdığını deyib.

“Lakin bura örnək götürüləcək bir ölkədir. Biz də qərarlarımızı buna uyğun - ədalətli şəkildə verəcəyik”.

Vladimir Putin daha sonra Avropa ölkələrində sözügedən məsələnin necə həll olunduğuna baxmağın vacibliyini vurğulayaraq, bununla hər şeyin aydın olacağını deyib: “Hər işi aramla, məqbul şəkildə və heç kəsi incitmədən görmək lazımdır”.

Putinin hicabla bağlı məsələyə münasibət bildirməsinə səbəb, Stavropolda hicablı şagirdlərin məktəbə buraxılmaması olub.

Qeyd edək ki, Rusiyada təxminən 20 milyon müsəlman yaşayır.