Putin Ermənistana niyə getmədi?

putin-ermenistana-niye-getmedi
Oxunma sayı: 643

MDB İnstitutunun rəhbəri Konstantin Zatulinin iddiasına görə, səfər sentyabrda Ermənistanda keçiriləcək ollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) çevik qüvvələr təlimi çərçivəsində baş tutacaqdı.

Bir müddət əvvəl MDB institutunun rəhbəri, “Vahid Rusiya” üzvü Konstantin Zatulin bildirib ki: “Bütün dünya Yaxın Şərqdəki vəziyyətdən narahatdır. Bütün dünyada xəbər proqramlarının mərkəzində Suriya durur və çox az insan Suriyanın ardından İranda sabitliyi pozmaq cəhdlərinin gələcəyinə şübhə edir. Və bütün bunlar ABŞ-ın Yaxın Şərqdə mövqeyini gücləndirmək cəhdləri fonunda baş verir. Amma hətta bu halda Rusiya prezidenti sentyabrda Ermənistanda keçiriləcək KTMT təlimlərində iştirak etməyə hazır olduğunu bildirib”, deyən Zatulin qeyd edib ki, bu, dövlət səfəri olacaq və onun təşkili üzrə işlər artıq aparılır.

Armİnfo müxbirinin yaranmış vəziyyətlə bağlı şərh vermək xahişinə cavabda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib: “Ermənistan XİN-i Rusiya prezidentinin Ermənistana gözlənilən səfəri barədə rəsmi məlumat yaymayıb”./contact.az/