Putin Əsəddən üz çevirdi

putin-esedden-uz-cevirdi
Oxunma sayı: 649

İki lider arasında keçirilən görüşdən sonra mətbuat konfransında Rusiya prezidenti Suriya ilə bağlı maraqlı çıxış edib. Suriya lideri Bəşşar Əsədin qanuni olaraq istefa verməsinin lazım olduğunu söyləyən Vladimir Putin, əks təqdirdə ölkədə vətəndaş müharibəsinin qurtarmayacağını bildirib.

Mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin həmçinin qeyd edib ki: "Suriya prezidenti Bəşşar Əsədin konstitusiya yolu ilə istefa verməməsi, bu ölkədə vətəndaş müharibəsinin əbədi davam edəcəyinə səbəb ola bilər. Rusiya Əsədin qanuni olmayan yollarla vəzifədən getməsindən narahatdır. Bu vəziyyətdə müxalifət və mövcud iqtidar sadəcə yer dəyişdirəcək. Vətəndaş müharibəsi isə davam edəcək".