Putin qətldən danışdı

putin-qetlden-danisdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, prezident ölkənin Təhlükəsizlik Şurası üzvləri ilə birgə keçirdiyi operativ iclasda baş müftinin öldürülməsini müzakirə edib və cinayətin tezliklə açılması üçün tapşırıq verib. Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iclasda istənilən, o cümlədən dini ekstremizmə qarşı mübarizənin fəallaşdırılması məsələsi qaldırılıb.

Qeyd edək ki, iclasda Rusiyanın bir sıra ykəsk vəzifəli məmurları da iştirak edib. Onların arasında ölkənin baş naziri Dmitri Medvedev, Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokolçev, müdafiə naziri Anatoli Serdyukov və başqaları olub.

Xatırladaq ki, bir neçə gün öncə Tatarıstanın baş müftisi İldus Fayzova qarşı sui-qəsd təşkil olunmuş, müavini Vəliulla Yakupovun isə qətlə yetirilmişdi. Rusiya Federasiyası Təhqiqat Komitəsi baş verən cinayət hadisələrində şübhəli bilinən Bunlar “İdel-Həcc” şirkətinin Direktorlar Şurasının sədri Rüstəm Qataullin, “Vəqf” ibadətxanasının rəhbəri Murat Qalleyev və Tararıstan vətəndaşları Ayrat Şakirov və Azad Qaynuttinovdur. Radikal islamşı qruplaşmaların üzvü olan daha iki nəfər haqqında isə axtarış elan olunub.