Putin rəhbərlikdə dəyişiklik olacağını dedi

putin-rehberlikde-deyisiklik-olacagini-dedi
Oxunma sayı: 671

“Qafqazinfo”nun lenta.ru saytına istinadən xəbərinə görə, prezident seçkiləri mövzusuna toxunan Baş nazir, Rusiyanın bəzi sakinləri tərəfindən irəli sürülən, “əgər Putin prezident postuna namizəd olacaqsa, seçim imkanları olmayacaq” fikrinə “adi vətəndaş üçün hər zaman seçim var”, cavabını verib.
Ölkənin siyasi həyatında “Vahid Rusiya”nın rolu haqqında danışan Putin partiyanın Rusiyada və Dövlət Dumasında aparıcı güc olaraq qalmasına diqqət çəkib. Hökumət başçısı qeyd edib ki, yaxın vaxtlarda partiyanın rəhbər orqanlarında dəyişikliklər ola bilər.
Baş nazirin mətbuat katibi Dmitriy Peskov müsahibənin oktyabrın 17-də axşam nümayiş olunacağını deyib.