Putin Timoşenkodan danışdı

putin-timosenkodan-danisdi
Oxunma sayı: 635

ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Əgər Yuliya Vladimirovna mümkün hesab etsə, Ukrayna hakimiyyəti, ukraynalı tərəfdaşlarımız bununla razılaşsalar, biz məmnuniyyətlə Yuliya Vladimirovna Timoşenkonu onun və Ukrayna hakimiyyəti üçün ən münasib vaxtda Rusiyanın istənilən müalicə müəssisəsində qəbul edərik", - deyə V. Putin bildirib.

Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətindən isə bildiriblər ki, həbs olunanların, o cümlədən Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun xaricdə müalicə alması Ukrayna qanunverciliyində nəzərdə tutulmayıb: “Almaniya və Rusiya bu məsələdə bizim üçün eynidir. Prosedur birdir".