Putin yenə də Saakaşvilini “vurdu”

putin-yene-de-saakasvilini-vurdu
Oxunma sayı: 656

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvili müxalifətin parlament seçkilərindəki qələbəsindən sonra da hakimiyyəti təkmandatlılıq hesabına qorumağa təşəbbüs edəcək: “Saakaşvili hakimiyyət uğrunda mübarizə aparacaq. Mən düşünürəm ki, o, təkmandatlılıq hesabına itirdiyi dairələri geri qaytaracaq”.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 1-də keçirilib. “Gürcü arzusu” koalisiyası yeni parlamentdə 83 deputat mandatı əldə etməlidir. Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası isə ikinci yer tutub və 67 deputatla təmsil olunacaq.

Ümumilikdə, Gürcüstan parlamentində 150 deputat yeri var.

Aynur