Putinə “kitayiski” Nobel verildi

putine-kitayiski-nobel-verildi
Oxunma sayı: 677

“Qafqazinfo” “Media forum”a istinadən xəbər verir ki, Putinin bu mükafata sülhün qorunmasındakı xidmətlərinə görə layiq görüldüyü elan olunub. Mükafatın münsiflərindən biri bildirib ki, Putin Liviyada vətəndaş müharibəsi ərəfəsində bu ölkənin bombalanması əleyhinə ardıcıl çıxışlar edib.

Putinin “Konfutsi” mükafatı üzrə rəqibləri “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts, Almaniya kansleri Angela Merkel, BMT-nin sabiq baş katibi Kofi Annan və başqaları olub.

“Konfutsi” mükafatını qərargahı Honkonqda yerləşən “China International Peace Research Center” təşkilatı 2010-cu ilin dekabr ayında təsis edib. Bu addım Çinin məşhur hüquq müdafiəçisi Liu Siaobonun Nobel sülh mükafatına layiq görülməsinə etiraz kimi atılıb.