Putinə şok - Foto

putine-sok-foto
Oxunma sayı: 635

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aviasiya rəhbərliyi mayın 26-da baş verən hadisəni gizlətməyə çalışsada buna nail ola bilməyib. Məlumata görə Moskva ətrafında yerləşən Bujarovo qəsəbəsində şəxsi idman təyyarəsi Vladimir Putinin helikopterinin uçuş kursuna girib. Halbuki həmin zaman prezidentin helikopterinin yer aldığı uçuş kursu boş olmalıymış.

Qeyd edək ki, sonradan araşdırmalar zamanı idman təyyarəsinin sükanı arxasında olan Aleksandr Ryabinin həvəskar pilot olduğu müəyyən edilib. O dispetçerlərə xəbər vermədən səmaya qalxdığına görə 2 min rubl cərimə olunub.

Eldar