Putinə terror necə hazırlanıb? – Təfərrüat

putine-terror-nece-hazirlanib-teferruat
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Putinə qarşı hazırlanan sui-qəsdin sifarişçisinin çeçen döyüşçülərinin lideri Doku Umarov olduğu müəyyənləşib. Əldə edilən məlumatlara görə, Odessada beynəlxalq axtarışda olan quldurlar saxlanılıb. Onlar ifadələrində qeyd ediblər ki, sui-qəsdin Moskvada, prezident seçkilərindən dərhal sonra həyata keçirilməsi planlaşdırılmışdı. Saxlanılanlardan İlya Pyanzinin sözlərinə görə, o, cinayət yoldaşı ilə birgə Türkiyə vasitəsilə BƏƏ-dən Ukraynaya gəliblər. Cinayəti törətməyə hazırlıq üçün təlimatlarrın isə Doku Umarovdan aldıqlarını etiraf ediblər. Pyanzin bildirib ki, onların qarşısına Moskvanın iqtisadi obyektlərində bir sıra təxribatlar həyata keçirməklə bağlı tələblər qoyulmuşdu, sonrakı planlarda isə Putinə sui-qəsd də var idi. Xüsusi xidmət orqanları Pyanzinin cinayət ortağı olan Adam Osmayevə məxsus notebookunda baş nazirə qarşı törədiləcək sui-qəsdin bütün hazırlıq planı tapılıb.

Faylların arasında Putinin kortejinin fəaliyyət proqramı ilə bağlı video da aşkarlanıb. Döyüşçülər müxtəlif rakurslardan və müxtəlif küçələrdən baş nazirin necə əyləşdiyini, onu nə qədər maşının müşayiət etdiyini öyrəniblər.

“Kommersant” qəzeti Adam Osmayevin əvvəllər Ramzan Kadırova sui-qəsd hazırlaması ilə bağlı beynəlxalq axtarışda olduğunu bildirib. O, 2007-ci ildə Çeçenistandan olan öz cinayətkar qrupu ilə birgə Moskvada saxlanılmışdı, lakin sübutlar yetərsiz olduğundan onu ölkəni tərk etməmək şərti ilə azadlığa buraxmışdılar. Osmayev BƏƏ-nə qaçdığından beynəlxalq axtarışa verilmişdi.

Sui-qəsddə Osmayevin rolu terrorçuları təlimləndirmək və onların Moskvaya göndərilməsindən ibarət olub. O, BƏƏ-dən Ukraynaya gəlib və burada çeçen sakini Ruslan Madayev və qazaxlı İlya Pyanzinlə görüşüb. Belə bir təlimlərin birində Madayevin əlində bomba partlayıb və o ölüb. Pyanzin isə yaralanıb. Pyanzin ayıldıqdan sonra sui-qəsd hazırlığı ilə bağlı danışıb. O bildirib ki, seçkilərdən dərhal sonra Madayev Putini öldürməli idi.

Səidə