Putinin işi düzəldi

putinin-isi-duzeldi-
Oxunma sayı: 699

Rusiyanın baş naziri Vladimir Putin Vahid Rusiya partiyasından prezidentliyə namizədliyi qəbul edib. “Vahid Rusiya” nümayəndələrinin gizli səsverməsindən sonra 2012-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində əsas favorit qismində məhz Putinin çıxış edəcəyi məlum olub. 614 bülletenin hamısında Putinin adı qeyd olunub. Onun namizədliyini partiyanın qurultayında kinorejissor Stanislav Qovoruxun təklif edib.
O bildirib ki, Rusiyaya güclü, ağıllı və qabiliyyətli lider gərəkdir və belə bir lider var, bu Putindir. Səsvermədən sonra Rusiyanın hakim partiyasının qurultayının keçirildiyi “Lujniki” idman kompleksinin səhnəsinə Putin dəvət edilib. Öz tərəfdarlarına minnətdarlığını ifadə edən baş nazir bəyan edib ki, prezident seçiləcəyi təqdirdə, ölkəsinin gələcəyi naminə əlindən gələni əsirgəməyəcək.

Rusiyada növbəti prezident seçkisi gələn ilin martında keçiriləcək. Həmçinin prezident Dimitri Medvedev dekabrın 4-də keçiriləcək parlament seçkisində vətəndaşları Vahid Rusiya partiyasına səs verməyə çağırıb.