Putinin psixoloji portreti

putinin-psixoloji-portreti
Oxunma sayı: 1031


Psixoloji portretologiya ilə məşğul olanlar siyasətçi haqqında tək onun sözlərinə görə fakir yürütmürlər, həm də onun bu və ya digər şəraitlərdə necə hərəkət etməyi ilə də ona qiymət verirlər.

Xalq Putini ictimailəşmiş siyasətci kimi 1999-cu ilin yayından tanımağa başladı. Ona qədər isə heç kim onun haqqında heçnə bilmirdi. Əslində Putinin gücü elə onda idi ki, heç kim onun haqqında heç nə bilmirdi. Çünki o, həmişə kölgədə qalırdı. O,keçmişdən gələn, kölgədən çıxmış adam idi. Bu da onun üçün böyük üstünlük oldu. Hətta Putinlə illərlə bir yerdə işləyən insanlar belə onu tamamilə tanımadığını, ona dərindən bələd olmadıqlarını bildirirdilər.

DTK-da işləmək əslində tam hərbi xidmət deyil, lakin haradasa hərbiləşdirilmiş təşkilatdır, hərçənd, bu qurumda rütbəcə və vəzifəcə özündən böyük adamlarla diskusiyalar aparmaq mümkündür. Bəlkə də, buna görə politoloqlar belə hesab edirlər ki, Putinə çiynində paqon daşıyan adamlarla ünsiyyətdə olmaq, adəti üzrə çox xoşdur. Çünki bu adamlar nəinki əmr etməyi və həmçinin, əmrə tabe olmağı da bacarırlar.
Məhz bu səbəbdən Putin özünü, bir növ, “komandir-ata” kimi
təsəvvür edir.

Ənənvi cəmiyyətlərdə liderin “himayəçi-ata” kimi qəbul edilməsi ən çox monarxiya quruluşunda təsadüf olunur. Lakin müasir cəmiyyətlərdə də “himayəçi-ata” konsepsiyasının da böyük əhəmiyyəti vardır.

Keçmiş ilə vərəsəlik əlaqələrini kəsmiş yeni rejimin özünün qanuniləşdirilməsi zamanı və yeni cəmiyyətin qurulmasında əsaslı rol oynayacaq “himayəçi-ata”ya böyük ehtiyac yaranır. Hətta, Rusiyada, monarxiya rejimi indi olmasada belə, kütlənin ata qayğısına olan tələbatı güclü surətdə qalmaqda davam edir. Bu hakimiyyətə olan münasibətdə özünü göstərir, buda Rus milli xarakterində,Rus siyasi mədəniyyətində
öz əksini tapmışdır. Hər bir uşaq hakimlik və əmr etməyin
avtokratik üsulunu hələ ailədə öyrənir.Buda Rus siyasi
mədəniyyətinin bir xüsusiyyəti kimi -ata qismində liderə olan
təlabatı formalaşdırır.

Ola bilsin ki, elə buna görə də Putinin şəxsi cəhət və keyfiyyətləri onun karyerasında böyük rol oynamışdır. O, isə bu mənsəbə böyük zəhmətlər sayəsində çatıbdır. Kəşfiyyatçılar nəinki özlərinin sahib olduqları əsl
məşğulliyyətlərini, həmçinin əsl emosiyalarını, hiss və
baxışlarını da başqalarından gizlətməyə adət edirlər. O, daima,
guya ki, sizin necə adam olduğunuzu bilmədiyini göstərir,
əslində isə sizin hansı əlaqələrininzin olduğunu öyrənməyə
çalışır. Kəşfiyyatçı həmişə hamıya şübhə ilə yanaşır, onu belə
tərbiyə edirlər.

Putin ətrafa həmişə şübhə ilə yanaşır. Putinin öz fikri var və bu fikirləri, onu nahaq yerə nəyəsə inandırmağa çalışan insanlarda apardığı müşahidələrinə əsasən formalaşdırır. Kəşfiyyatdakı atmosferi orada işləyən insanların özləri, yəni iki təhsili olmaqları ilə, xaricdə işləyərək bir neçə dili
bilməkləri ilə yaradırlar.

Kəşfiyyatın mərkəzi aparatında da, elə xaricdəki rezidenturalarda da, bütün problemləri müzakirə etmək bir qayda halını alıb. Hər bir zabitə öz fikrini izah etmək, öz nöqteyi-nəzərini bildirmək (hərçənd, son söz yenə də
rəhbərliyindir) imkanı verilir.

Baş kəşfiyyatçı SSRİ DTK-nın keçmiş sədri Kryuçkov Putin haqqında yazır (“Şəxsiyyət və hakimiyyət” kitabının Putin haqqında olan fəsilində): “Sakit adamdır səs küy salmağı xoşlamır, bütün məsələlərə ciddi yanaşır, diqqəti cəlb etməyi bacarır. O, hətta federal qanunları pozan insanlarla belə səsküylü müzakirələrdən qaçırdı və onların ifşası zamanı özünü sakit aparırdı. O, şəraiti obyektiv surətdə qiymətləndirən və bir qayda olaraq, bu və ya başqa problemlərin həllinin düzgün yollarını tapırdı. 1998-ci ilin payızında Rusiya hökumətinin əleyhinə kütləvi aksiyalar başlayanda B.N.Yeltsin FTX-nin başına etibarlı, olduqca qətiyyətli bir adam qoymaqla optimal qərar verdi. Beləcə V.V.Putin onun üçün doğma olan
Lyubyankaya qayıtdı. Putində emosionallıq və rasionallıq harmoniya təşkil edir. Onunla bir yerdə işləyən yoldaşları onun nə vaxtsa öz həyatında müəyyən gələcək üçün nəsə planlaşdırdığını hiss etməmişdilər. O özünü, qeyri-adi keyfiyyətlərə və cəhətlərə malik bir insan kimi görmürdü. Hamı
onun öz işindən, həyatından razı olduğunu və prinsipcə yeni heç
nə istəmədiyini sanırdı. Görünür, onun doğrudan da təsadüfən
bəxti gətirmiş və belə yüksək mənsəbə çatmışdı. Lakin, bu
yüksək postlara yiyələndikdən sonra onu əvvəllər tanıyan
insanlar Putinin gələcəkdə bundan da yüksək postlar tutacağını
istisna etmirdilər”

Putinin ilk təşəbbüslərindən biri də DTK-nın Lubyankadakı qədim binasına yenidən Andropovun barilyefini həkk etdirmək oldu. Andropovun 85 illik yubileyi qeyd olunanda, Putin Andropovun xatirə lövhəsinin qarşısına əklil qoydu. Primakovu baş nazirlikdən istefaya gönədərən Yeltsin,
onun yerinə kimi təyin etmək üçün hüç cür bir qərara gələ bilmirdi: Stepaşini, yoxsa Aksenkonu? Necə oldusa Stepaşini seçdi. Aksenko ehtiyatda qaldı, lakin onu da gələcəkdə sələflərinin aqibəti gözləyirdi.

Əgər əvvəllər yüksək vəzifəli məmurun hansı siyasi yönəlməyə meyl etdiyi haqda düşünürdülərsə, indi sual başqa cür qurulurdu, onun “hansı oliqarxlara işlədiyi”və ya “hansı oliqarx qrupa məxsus olduğu” əsas götürülürdü. Yeltsin isə xəstəliyi ucbatından get-gedə təklənərək,
təcrid olunurdu. Artıq o, ailəsindən başqa heç kimə etibar
etmirdi.

Kiçik qızı Tatyana Dyaçenko onun üçün ən etibarlı insan
idi. Qeyri formal olaraq, bütün hakimiyyət onun əlinə, dəqiq
desək, onun dostlarının-Berezovskinin, Yumaşevin,
Abramoviçin, Çubaysın əlinə keçmişdi. Yeltsin hətta, bütün hakimiyyətin kiçik qızı Tatyana Dyaçenkoya verilməsi haqda ciddi düşünməyə başlamışdı. Bundan ötrü, hətta, prezident seçkilərinin səhnələşdirilməsi də
nəzərdə tutulmuşdu.

Lakin sonralar, görünür, bu variantın işə keçməyəcəyini başa düşmüşdü. Bu vaxt, gözlənilmədən Putin siyasi səhnədə peyda oldu O, Stepaşinin yerinə yeni baş nazir seçildi. Putin, Yeltsinin ənənəvi olaraq irəli çəkdiyi adamlara oxşamırdı, bundan əlavə o,ilk baxışdan heç hakimiyyətədə can atmırdı və həmişə kölgədə qalmağı üstün tuturdu. Rusiyanın ilk prezidenti öz səlahiyyətlərinin başa çatmasını gözləməyərək, 1999-cu ilin 31 dekabrında istefa verdi. Kreml ilə vidalaşdığı günü xatırlayarkən, Yeltsin yazırdı:

“Tənhalıq və hətta, qəm-qüssəli sıxıntı hissi keçirirdim”.

Ardı var