Putinin şərəfinə “Putinberq” nişanı

putinin-serefine-putinberq-nisani
Oxunma sayı: 641

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, “Patent ekspertizası” bürosunun verdiyi sifarişə əsasən yeni ticarət nişanı “Putinberq” adlandırılacaq. Yeni brendin “odlu silah, partlayıcı maddələr, döyüş sursatları və mərmilər” sinfi üzrə qeydiyyatdan keçməsi təklif olunub.

Putinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki bu məsələni aydınlaşdırmaq lazımdır: “Mən birinci dəfədir ki, bu haqda eşidirəm. Bunu aydınlaşdırmaq lazımdır”.

Sifariş “Patent eksoertizası”nın adından təqdim olunsa da şirkət sifarişçinin kim olduğunu deməkdən imtina edib.