Qabil Abbasoğluya cavab – Xeberlent.az-dan

qabil-abbasogluya-cavab-xeberlentaz-dan
Oxunma sayı: 765

“Qafqazinfo”ya bu barədə açıqlama verən baş redaktoru Səbuhi Vaqifoğlu bildirib ki, saytı yaradarkən heç bir oxşarlıq məqsədi güdməyiblər. Onun sözlərinə görə, “Lent.az”-ın baş redaktoru Qabil Abbasoğlunun brend oğurluğu ilə bağlı fikirləri həm saytın əməkdaşları, həm də oxucuları tərəfindən narazılıqla qarşılanıb: “2011-ci ilin noyabr ayından Müstəqil Jurnalistlər Assossasiyası yaradıldıqdan sonra təsisçilərindən bir neçəsi ilə birgə xəbərlent.az saytını yaratmaq qərarına gəldik. Sayt beynəlxalq jurnalistika prinsiplərini əsas götürərək ölkədə və xaricdə baş verən mədəni və siyasi prosesləri işıqlandırmaqla oxuculara xidmət edir. Lent.az saytının baş redaktorunun bizim sayt barədə açıqlamasına gəldikdə isə əgər “kopya” etmək istəsəydik lent.az-dan daha nüfuzlu saytlara müraciət edərdik. İkinci tərəfdən yanaşsaq əgər bunun adı brend oğurluğudursa, onda ölkəmizdə və dünyada elə saytlar var ki, onlarda cəmi bir hərf fərqi var. Əgər lent.az bunu bizə səhv kimi tutursa, o zaman Rusiyanın kino.lenta.tv və s. saytlarını misal göstərmək olar”.